Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 9 may faşizm üzərində Qələbə günü qeyd edilib

09 may 2021 | 16:00

Tovuzda ikinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri Tovuz şəhərindəki Qəhrəmanlar parkında Sovet İttifaqı Qəhrəmanları Yusif Sadıqov, Mərdan Musayev və Məstan Əliyevin büstləri önünə tər güllər qoymuşlar. Ziyarətçilər həm də “1941-1945” abidə kompleksinin önünə tər çiçək dəstələri qoyaraq həyatlarını Qələbə naminə qurban vermiş insanların xatirəsini ehtiramla yad ediblər.

 

Keçidlər