İcra başçısı ikinci dünya müharibəsi iştirakçıları ilə görüşüb
Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov rayon ərazisində yaşayan ikinci dünya müharibəsi veteranlarına evlərində baş çəkib. Düz Cırdaxan kəndində Paşa Bayramovun, Qovlar şəhərində Cavad Məhərrəmovun, Yanıqlı kəndində Qurban Abdıyevin və Aşağı Quşçu kəndində 103 yaşlı Şəmşəd Məhərrəmovun evinə gedərək onların bayramını təbrik etmiş, sağlamlıq durumu və məişət şəraiti ilə maraqlamışdır.
Müharibə veteranları onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə edərək onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən ardıcıl tədbirlərə görə cənab Prezidentimizə minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda 44 günlük Vətən Müharibəsində erməni faşizmini məğlub edərək torpaqlarımızı işğaldan azad etdiyinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevlə və rəşadətli Azərbaycan Ordusu ilə qürur duyduqlarını ifadə etmişlər.