Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn tədbir keçirilib

07 may 2021 | 16:00

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin və rayon fəallarının onlayn qaydada iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq qeyd edib ki, may ayının 10-da ümummilli liderimiz Heydər Əliyevin doğum günüdür. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin 34 illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev vətəndaş, şəxsiyyət, lider kimi bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımışdır. O, Azərbaycanı bir dövlət kimi və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmışdır. Müasir Azərbaycanın bu günkü həqiqətlərini, ışıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.

Ümummilli liderimiz Heydər Əliyev birinci dəfə respublikaya rəhbərlik etməyə başlayandan sonra respublikanın dimamik inkişafına dair kompleks proqramlar işlənib hazırlandı, bütün sahələrdə vüsətli dəyişikliklər baş verdi. Ölkəmizin hər yerində böyük quruculuq işləri görüldü. Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri haqqında çox danışmaq olar.

1993-cü ildə xalqın Heydər Əliyevin hakimiyyətə qayıtmasını təkidlə tələb etməsi heç də təsadüfü deyildi. Tarixi qayıdışı ilə Azərbaycan tarixinin Heydər Əliyev dövrü özünün yeni, daha şərəfli və əzəmətli mərhələsinə daxil oldu. Onun həyata keçirdiyi  xilaskarlıq missiyası  Azərbaycanı məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrirdi.

Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırmışdır. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyimizin təminatçısı kimi qəbul edir.

2020-ci il Heydər Əliyev vəsiyətlərinin həyata keçirilməsi ili kimi tarixə qovuşdu. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Həmçinin Qarabağın tacı olan Şuşa şəhəri öz sahibinə qovuşdu. Bu münasibətlə Azərbaycan xalqına müraciətində cənab Prezident demişdir: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

Heydər Əliyevin uzaqgörən siyasəti bir də onunla səciyələnir ki, onun  siyasi varisi İlham Əliyev bir övlad kimi Heydər Əliyev ideallarının layiqincə həyata keçirilməsinə nail oldu, ölkəmizin suverenliyini bərpa etdi və Azərbaycan xalqının bütün ümüdlərini doğrultdu. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dahiyanə fikirləri cənab İlham Əliyevin siyasi fəaliyyətində tam təsdiqini tapdı. İndi biz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü xüsusi bir tarixi şəraitdə qarşılayırıq. Biz qalib ölkənin qalib vətəndaşları kimi böyük qürur hissi ilə yaşayırıq.

Tədbirdə Heydər Əliyevin siyasi fəaləyyətinin müxtəlif istiqamətlərindən bəhs edən məruzələr dinlənilib.

Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova “Heydər Əliyev Azərbaycan dövlətçiliyin qurucusu və memarıdır”, Gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü “Azərbaycan təhsilinin  Heydər Əliyev dövrü” mövzularında məruzələrlə çıxış etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tədbiri yekunlaşdıraraq qeyd etmişdir ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Azərbaycan Respublikası yüksək inkişaf yolundadır. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi  irəliyə aparacaqdır.

Keçidlər