Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda kümçülərə əvəzsiz olaraq ipəkqurdu toxumu paylanıb

05 may 2021 | 01:00

Tovuz rayonunda kənd təsərrüfatının gəlirli sahələrindən hesab olunun baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə davamlı tədbirlər həyata keçirilməkdədir. Son illərdə ipəkqurdunun yem bazasının yaradılması üçün rayon ərazisində otuz mindən artıq tut tingi əkilmiş, peşəkar kümçülər dəstəsi formalaşmışdır.

Cari ildə rayonun 40 yaşayış məntəqəsində ipəkqurdu bəslənməsi planlaşdırılıb. Bu gün rayona 200 qutu ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 62 kümçüyə paylanıb. Rayonda barama yetişdirilməsi üçün yaradılan şərait nəticəsində kümçülərin 8 tondan artıq barama istehsal edəcəyi gözlənilir.

İcra başçısı Məmməd Məmmədov ipəkqurdu toxumunu paylanmasını müşahidə etmişdir. Kümçülərlə söhbət zamanı baramaçılığın strateji əhəmiyyəti, iqtisadi səmərəsi və inkişaf perspektivləri müzakirə olunmuş, mövcud potensialdan səmərəli istifadə olunması tövsiyə olnmuşdur.

Kümçülər onlara əvəzsiz olaraq ipəkqurdu toxumu verildiyinə və baramaçılığın inkişafına göstərilən dövlət qayğısına görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər