Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Vətən müharibəsində itkin düşmüş hərbi qulluqçu Pərviz Nağıyevin ailəsinə baş çəkib

29 aprel 2021 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz şəhərində Vətən müharibəsində itkin düşmüş hərbi qullquçu Nağıyev Pərviz Güloğlan oğlunun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışdır.

Məmməd Məmmədov Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr tarixindən başlayan 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsindən danışlaraq tarixi Qələbənin əldə olunmasında Şanlı Azərbaycan Ordusunun tərkibində döyüş əməliyyatlarında iştirak edən bütün hərbi qulluqçularının qəhrəmanlıq nümayiş etdirdiklərini, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiklərini, cəsur Azərbaycan əsgərinin şücaətini bütün dünyaya göstərdiklərini qeyd etmişdir. Vurğulanmışdır ki, belə hərbi qulluqçularımızdan biri də Pərviz Nağıyev olmuşdur.

Bu gün dövlətimizin başçısı cənab İlham Əliyev, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən əsgər ailələrinə böyük diqqət və qayğı göstərilir, onları narahat edən məsələlərə həssaslıqla yanaşılır. İtkin düşmüş hərbiçilərimizin talehi dövlətimizin başçısı  cənab İlham Əliyevin xüsusi diqqət mərkəzindədir və bununla bağlı dövlət səviyyəsində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. Ümid edirik ki, tezliklə itkin əsgərlərimiz tapılaraq ailələrinə təhvil veriləcəkdir.

Məmməd Məmmədov itkin düşmüş hərbiçimizin  ailəsini narahat edən məsələlərlə maraqlanıb.

İtkin hərbi qulluqçunun atası Güloğlan Nağıyev oğlu ilə fəxr etdiyini bildirərək şəhid ailələrinə, itkin düşmüş hərbiçilərimizin ailələrinə, qazilərimizə göstərilən  diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürünü ifadə edib.

Keçidlər