Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda qanvermə aksiyası keçirilib

28 aprel 2021 | 06:04

Talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalamış və müvafiq qanunlar qüvvəyə minmişdir. 2005-ci il fevral ayının 8-dən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.

Bu gün Tovuzda rayon icra hakimiyyətinin təşkilatçılığı və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsü ilə könüllü qanvermə aksiyası təşkil olunub. Rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının, eləcə də rayon sakinlərinin iştirakı ilə keçirilən qanvermə aksiyası ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək məqsədi ilə keçirilib.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov donor kimi aksiyada iştirak edib.

Qanvermə aksiyası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolyasiya qaydalarına riayət etməklə xüsusi tibb briqada tərəfindən aparılıb.

Keçidlər