Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Elcan Cəlilovun doğum günüdür

27 aprel 2021 | 16:00

Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatı Gənclər Birliyinin üzvləri və fəal gənclər Şəhid əsgər Cəlilov Elcan Famil oğlunun doğum günündə məzarını ziyarət etmiş və məzarı önünə gül dəstələri qoymuşlar.

Şəhid Cəlilov Elcan Famil oğlu 27 aprel 1996-ci il tarixdə Tovuz şəhərində  anadan olmuşdur. O, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonlarının  azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Elcan Cəlilov noyabrın 7-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Cəlilov Elcan Famil oğlu "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər