Tovuz rayonunda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesi davam etdirilir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.
Rayon İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən vaksinasiyanın həyata keçirildiyi Tovuz rayon Diaqnostika və Hemodializ Mərkəzində prosesin gedişinə nəzarət edilir. Peyvənd olunan vətəndaşlara həyata keçirilən vaksinasiya prosesinin onların sağlamlığı üçün vacibliyi və bu sahədə dövlətimizin gördüyü işlərlə bağlı ətraflı məlumat verilir.
Bu günədək Tovuz rayonu üzrə vətəndaşlara ümumilikdə 28972 doza vaksin vurulub. Bunlardan 10667 nəfəri koronavirus infeksiyasına qarşı ikinci doza peyvənd olunanlardır.
Vaksinləşmə prosesi uğurla davam etdirilir.