Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Gənclərin Məşvərət Şurasının üzvləri sağlamlığın qorunması istiqamətində fəaliyyətlər həyata keçiriblər

17 aprel 2021 | 16:00

Tovuz Rayon İcra Hakimiyyəti yanında gənclərdən ibarət Məşvərət Şurasının üzvləri tərəfindən gənclər üçün “Sağlam həyat-sağlam cəmiyyət” layihəsi həyata keçirilib

“Qidalanmada sağlam həyat tərzinin təbliği – GMO qidalar və sağlamlığa ziyanı olan yüksək kalorili, həmçinin kanserogen qidaların istehlakı” və “Psixologiyada sağlam həyat tərzinin təbliği – yuxu rejiminin pozulması, stressin yol aça biləcəyi problemlər” mövzularında təlimlər keçirilib. Təlimlər zamanı günümüzdə zərərli hesab olunan qidalar haqqında fikirlər səsləndirilib, həmin qidaların yol aça biləcəkləri problemlər müzakirə olunub və GMO təsirinin necə azaldılması barədə təkliflər irəli sürülüb.

Layihə çərçivəsində Tovuz rayon İcra Hakimiyyəti tərəfindən müəyyən olunmuş ərazidə park salınması üçün bir sıra işlər görülmüşdür. İlk növbədə ərazidə təmizlik işləri görülmüş və güllər əkilmişdir. Daha sonra isə daim gənclərin sağlamlığını düşünən Tovuz Məşvərət Şurası tərəfindən yeni idman konstruksiyaları yerləşdirilib.

Qeyd edək ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuraları yaradılması layihəsi” Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Avropa İttifaqının maliyyə, BMT-nin Uşaq Fondu (UNICEF) və Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə həyata keçirir.

Keçidlər