Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhid Mirsalam Cəfərovun dəfn mərasimi keçirilib

11 aprel 2016 | 16:00

Cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Respublikası silahlı qüvvələrinin giziri 1994–cü il təvəllüdlü Cəfərov Mirsalam Təvəkkül oğlu bu gün dəfn edilib.
Şəhid Mirsalam Cəfərov böyüyüb başa çatdığı Tovuz rayonunun Bayramlı kəndində, kənd  qəbristanlığında torpağa tapşırılmış və ruhuna dualar oxunmuşdur.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elməddin Cəfərov, şəhidin müəllimləri Həbib Sarıyev, Zülfüqar Mustafayev və başqaları çıxışlarında torpaqlarımızın bütövlüyü uğrunda əsgər və zabitlərimizin şücaətini yüksək qiymətləndiriblər.
Şəhidin atası Təvəkkül Cəfərov övladının vətən uğrunda şəhid olmasından qürur duyduğunu dilə gətirib. Döyüş yoldaşları Mirsalamı hər zaman vətənsevər, mərd, cəsur bir gənc kimi tanıdıqlarını bildiriblər.
Dəfndə, üçrəngli Dövlət bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim olunmuş, minlərlə insanın müşayiəti ilə şəhidin cənazəsi əsgəri ənənələrə uyğun yaylım atəşi altında Bayramlı kənd qəbristanlığında torpağa tapşırılımış, məzarı üstünə əklillər və tər qərənfillər qoyulmuşdur.
Allah şəhidimizə rəhmət eləsin!

 Erməni təxribatının qarşısını alarkən şücaət göstərərək şəhidlik zirvəsinə ucalanlar sırasında Tovuz rayonunun Bayramlı kəndindən 22 yaşlı gizir Cəfərov Mirsalam Təvəkkül oğlu da olub. Şəhidin dəfni Tovuz rayonunun Bayramlı kəndində böyük izdihamla keçib.

Keçidlər