Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Aprel şəhidi Mirsalam Cəfərovun məzarını ziyarət edib
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Bayramlı kəndində olaraq, kənd qəbristanlığında dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət etmiş, məzarları önünə gül dəstələri qoymuş, xatirələrini ehtiramla yad etmişdir. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Burada əbədiyyətə qovuşan şəhidlərdən biri də 2016-cı ilin aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Mirsalam Cəfərovdur. Şəhidin anası ilə söhbət zamanı qeyd olunmuşdur ki, Aprel döyüşləri torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan haqqı işinin başlanğıcı oldu. Mirsalam kimi igidlərin şücaəti və hünəri Azərbaycan Ordusunun peşəkarlıq səviyyəsindən xəbər verirdi və düşmən ilk zərbəni məhz Aprel döyüşlərində alıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz rəşadətini 2020-ci ildə 44 günlük Vətən Müharibəsində bir daha təsdiq etdi. Şanlı Ordumuz düşmənin silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Bununla da Aprel döyüşlərdində Vətən yolunda canlarından keçən igid əsgər və zabitlərimizin qisası alınmış oldu. İndi onların ruhu şaddır. Şəhidlərimizin ruhu qarşısında baş əyir və onların əziz xatirəsini uca tuturuq.
Şəhidin anası Qızxanım Cəfərova oğlu Mirsalam kimi igidlərin başladığı döyüş yolunu qalibiyyətlə başa çatdırdığına, Aprel şəhidlərinin arzu və amallarını həyata keçirdiyinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı Azərbaycan Ordusuna təşəkkürlərini ifadə etmişdir.