Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini COVID-19 əleyhinə peyvənd olunub

01 aprel 2021 | 16:00

“Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tovuz rayonunda vaksinasiya prosesi uğurla davam edir. Bu sırada müvafiq yaş qrupuna uyğun olaraq Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov, həmçinin aparatın məsul işçiləri COVID-19 əleyhinə peyvənd olunub.

Tovuz rayonunda vaksinasiya prosesinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün müvafiq təlimatlara uyğun olaraq bütün zəruri şərait yaradılıb. İndiyədək rayon üzrə ümumilikdə 17755 nəfər COVİD-19 infeksiyasına qarşı vaksin edilib ki, onlardan 12937 nəfər birinci doza, 4818 nəfəri isə ikinci doza peyvənd olunmuşdur.

Keçidlər