Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə onlayn tədbir keçirilib

30 mart 2021 | 16:00

Tədbir iştirakçıları ilk öncə soyqırım qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Onlayın tədbiri giriş sözü ilə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova açıb. Qeyd olunub ki, 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub. Sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. Azərbaycan torpaqlarında “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanılıb. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa çalışıblar. 1918-ci ilin mart ayından etibarən Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib.

Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır. Öz işğalçılıq siyasətindən dönməyən erməni millətçiləri 1990-cı illərdən başlayaraq Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və bir milyondan çox insanın məcburi köçkünə çevrilməsinə nail olmuşlar. Mənfur qonşularımız XX əsrin ən qəddar hadisələrindən biri hesab olunun Xocalı soyqırımını törətmiş, minlərlə günahsız insanı qətlə yetirmişlər.

Son 17 ildə Azərbaycanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaradılmış rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində azğınlaşmış erməni millətçilərinin xülyalarını alt-üst etmiş, “yenilməz erməni ordusu” mifini darmadağın etmiş, Ermənistanın siyasi rəhbərliyinin kaputiliyasiya aktına imza atmağa məcbur etmişdir. Artıq  Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur.

Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov çıxış edərək qeyd etmişdir ki, Soyqırım- etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Belə kütləvi qırğınlardan biri də 31 martda törədilən insanlıq tarixinə ləkə olan azərbaycanlı-müsəlman əhalisinin soyqrımıdır.

Onu da qeyd etməliyik ki,  hər şeydən əvvəl, hamımızın birinci vəzəfəsi millətimizin üzərindən bu qanlı ləkəni silmək, onları tarix önündə təsvir etmək və bu qanlı ləkəni bir daha təkrar etməmək, onların murdar və maskalı üzlərinə çırpmaqdır. Milli intibah müsəlman Türk düşmənlərinin məzarı və ölümü olacaqdır. Bu gün çox qürur vericidir ki, məkirli və hiyləgər düşmənin başı əzilmişdir. Soyqırım qurbanlarının ruhu şaddır. Təbii ki, bütün qələbələrimizin başında Müzəffər Ali Baş Komandan İlham Əliyev dayanır. Məhz onun strategiyası ilə millətimiz Böyük Qələbənin sevincini yaşayır.

Sonra YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov, M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbinin tarix müəllimi Xəyalə Məmmədova çıxış edərək XX əsrdə ermənilərin azərbaycanılara qarşı törətdikləri cinayətlərin tarixindən, erməni vandalizminin mahiyyətindən, erməni tarixinin saxtalığından söz açmış və 31 mart – Azərbaycanlıların soyqırımı gününün təsis edilməsinin tarixin zərurətindən doğduğunu qeyd etmişlər.

Keçidlər