Tovuz rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tovuz rayonunda vaksinasiya prosesi davam etdirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Hazırda rayonda yaşı 40-dan yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır. Bu günədək Tovuz rayonu üzrə tibb işçilərinə, həmçinin yaşı 40-dan yuxarı olan vətəndaşlara ümumilikdə 15971 doza vaksin vurulub. Bunlardan 3767 nəfəri koronavirus infeksiyasına qarşı ikinci doza peyvənd olunanlardır.
Vaksinləşmə prosesi uğurla davam etdirilir.