Şriftin ölçüsü :

Saytın rəngi :

Alakol kəndində növbəti səyyar qəbul-görüş

15 aprel 2016 | 16:00

Tovuz rayon İcra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov növbəti dəfə Alakol kəndində sakinlərlə görüşdü. Tədbirdə RİH başçısı aparatının məsul işçiləri, bir sıra xidmət təşkilatlarının rəhbərləri iştirak edirdi.
Cənab Tofiq Zeynalov səyyar qəbulda iştirak edən kənd sakinlərini dinlədi. Sakinlər pay torpağının hüdudlarının müəyyənləşdirilməsi, Alakol kəndində fəaliyyət göstərən həkim məntəqəsinə xəstəxana statusunun verilməsi, yeni məktəb binasının tikintisi, həyətyanı torpaq məsələləri, Alakol kəndinin sosial-iqtisadi inkişafına dair  təkliflərlə çıxış etdilər.
Kənd sakinləri adından Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisinə başlandığına görə ölkə başçısına minnətdarlıq ifadə olundu.
Rayon İcra hakimiyyətinin başçısı sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası ilə bağlı müvafiq strukturların rəhbərlərinə yerində  konkret tapşırıqlar verdi.

Keçidlər