Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi qazilərinə və aztəminatlı ailələrə Novruz sovqatı verilib

19 mart 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərirlər. Bu qayğının davamı olaraq Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə rayon ərazisində yaşayan Vətən müharibəsi qaziləri və aztəminatlı ailələr ziyarət olunub, cəmi 600-dən çox ailəyə ərzaq  sovqatları paylanılıb.

Rayonun bütün yaşayış məntəqələrini əhətə edən ziyərətlərdə  RİH başçısı aparatının məsul işçiləri qazilərə və aztəminatlı ailələrə ölkə rəhbərinin təbriklərini və xoş arzularını çatdırıblar. Onların sosial təminatı sahəsində həyata keçirilən dövlət siyasətindən, qazilərimizin sağlamlığının tam bərpa olunması sahəsində aparılan tədbirlərdən danışıblar. Qeyd olunub ki, bu il xalqımız Novruz bayramını yeni reallıqlar şəraitində qarşılayır. Bu bahar bayramına xalqımız parlaq Qələbə ilə qədəm qoymuşdur. Müstəqilliyimizin bu baharı dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza yeni-yeni nailiyyətlər bəxş edəcək. Millətimizin yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.

Ziyarət olunan ailələr onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər