Tovuzda Novruz bayramı ərəfəsində şəhidlərin xatirəsi ehtiramla yad olundu
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri daim diqqət və qayğı ilə əhatə olunurlar. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz şəhərində şəhid Cəlilov Elcan Famil oğlu, İsmayılov Ceyhun İqbal oğlu, Hüseynov Cavid Natiq oğlu, Cabbarov Orxan Rövşən oğlu, Əliyev Fuad Ramin oğlu, Şirinov Elmar Cəbrayıl oğlu, Rüstəmov Amil Bədrəddin oğlu, Məcidov Aqil Aydın oğlu, Vətən müharibəsində itkin düşmüş Nağıyev Pərviz Güloğlan oğlu və Ağdam kəndində şəhid Məmmədov Elşad Dönməz oğlunun ailələrinə baş çəkib. İcra Hakimiyyətinin başçısı xalqımızın adət və ənənələrinə uyğun olaraq şəhidlərin valideyinləri ilə birlikdə onları anıb, xatirələrini yad edib.
Məmməd Məmmədov Novruz bayramı ərəfəsində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların hamısının ailələrinə baş çəkib. Şəhid ailələri ilə fərdi görüşlərdə onların qayğıları ilə maraqlanıb, arzu və istəklərinin yerinə yetirilməsi ilə bağlı lazımi dəstək göstərib.
Şəhid ailələri onlara göstərilən yüksək dövlət qayğısına və həssas yanaşmalara, övladlarının Vətən qarşısında xidmətlərinin layiqincə dəyərləndirildiyinə görə şərəf və qürur hissləri ilə yaşadıqlarını dilə gətirərək, razılıqlarını ifadə ediblər.
Məmməd Məmmədov Novruz bayramı ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə həmçinin Tovuz şəhərində Şəhidlər Xiyabanında olub, birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib. Burada şəhidlərin ruhuna dualar oxunub və məzarları üzərinə gül dəstələri qoyulub.