Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

15 mart 2021 | 16:00

Keçən il Tovuz rayonunda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən faktiki qiymətlə 2,1 faiz artaraq 507721,3 min manat olub.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul və xidmətlərin ümumi həcminin 68,9 faizi istehsal sahələrinin, 31,1 faizi isə xidmət sahələrinin payına düşüb.

Hesabat dövründə kənd təsərrüfatında 253756,7 min manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz çoxdur.

Keçidlər