“1 noyabr -Kənd təsərrüfatı işçiləri günü”qeyd edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən hər il noyabrın ayının 1-i Azərbaycanda “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd olunur.
Peşə bayramı münasibətilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun kənd təsərrüfatı işçiləri Ulu Öndər Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
RİH başçısı Məmməd Məmmədov peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən kənd təsərrüfatı işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda uğurla davam etdirilən dövlət siyasətində kənd təsərrüfatı xüsusi yerə sahibdir. Son illərdə kənd təsərrüfatı sahəsinin önəminin artdığı bildirilmiş, ölkədə uğurla həyata keçirilən aqrar siyasət nəticəsində dünyada yaşanan ərzaq böhranın ölkəmizə daha az təsir etdiyi vurğulanmışdır.
Kənd təsərrüfatı işçiləri onların əməyinə yüksək qiymət verdiyinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmiş, bu günkü bayram gününün təsis olunmasının aqrar sahəyə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirmişlər.
Sonda xatirə şəkili çəkilmişdir.