Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

28 iyun 2022 | 17:36

İyun ayında ölkənin əsasən, şimal və qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində respublika çaylarında suyun səviyyəsi artıb.
Son günlər havaların qeyri-sabit keçməsi Kür çayına da öz təsirini göstərib. Tovuz rayonu ərazisindən axan Kür çayında da yağan yağışlar nəticəsində suyun səviyyəsində artım müşahidə olunur.
Rayonun Qovlar şəhəri, Aşağı Mülkülü, Qədirli, Xatınlı, Qaraxanlı, Əlimərdanlı, Hunanlar, Düz Qırıqlı, Əyyublu kəndlərində Kür çayında suyun səviyyəsində artım müşahidə edilməkdədir.
Tovuz Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası tərəfindən həmin ərazilərin sakinlərinin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülür. Lakin buna baxmayaraq adları qeyd edilən kəndlərdə sakinlərin təhlükəsizlik tədbirlərinə riayət etmələri, xüsusilə də Kür çayı ətrafında heyvandarlıqla məşğul olan sakinlərin diqqətli olmaları, mal-qaralarını həmin ərazilərdən çıxarmaları tövsiyə olunur.

Keçidlər