Şriftin ölçüsü :

Saytın rəngi :

Görülən işlər

Tovuz rayon İcra Hakimiyyəti başçısı Aparatında Etik davranış məsələləri ilə əlaqədar 2019-cu ildə görülən işlər haqqında
MƏLUMAT

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməsi, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə 2019-cu il ərzində rayon İcra Hakimiyyəti başçısı aparatında və rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində bir sıra işlər görülmüşdür.

Etik davranış məsələləri üzrə ictimaiyyətin maarifləndirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, maraqlar toqquşmasının qarşısının alınması, korrupsiya barədə məlumat vermə, insanların ləyaqətinə hörmət, qərəzsizlik və digər etik davranış qaydaları və prinsipləri üzrə mütəmadi keçirilən tədbirlərdə RİH başçısı aparatının məsul işçilərinin, rayonun hüquq-mühafizə orqanları nümayəndələrinin, təcrübəli dövlət qulluqçularının məlumatları dinlənilmiş, müəyyən təhlillər aparılmış, maraq doğuran suallar cavablandırılmışdır.

Dövlət qulluqçuları tərəfindən etik davranış qayda və prinsiplərinə əməl olunması barədə vətəndaşların şikayətetmə imkanları genişləndirilmişdir. Belə ki, rayon İcra Hakimiyyəti başçısı aparatında, hüquq mühafizə orqanlarında, idarə, müəssisə və təşkilatlarda, yerli televiziya kanalında açılmış qaynar xətlər ardıcıl və səmərəli fəaliyyət göstərmiş, dövlət qulluqçularının hər hansı neqativ hərəkətləri barədə daxil olan məlumatların qeydiyyata alınmasına və nəzarət orqanlarının vaxtında məlumatlandırılmasına lazımi şərait yaradılmışdır.

Əhali ilə görüşlərdə etik davranış qaydalarının pozulduğu halda hara müraciət etmələrini bilmələri haqqında onlara müvafiq izahatlar verilmişdir.

Aparılmış ardıcıl səmərəli tədbirlər nəticəsində cari il ərzində dövlət qulluqçuları arasında etik davranış qaydalarını pozmağa görə inzibati məsuliyyətə cəlb olunanı olmamışdır.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq qaydalarına uyğun keçirilən təlim və treninqlər bundan sonra da davam etdiriləcək, etik davranış normaları ilə əlaqədar daxil olan şikayətlərə baxılması, lazım gəldikdə intizam tədbirlərinin tətbiq olunması daim diqqət mərkəzində saxlanılacaqdır.

Keçidlər