Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

İnfrastruktur

Əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində 14 ədəd yarımstansiya, 1278 KTM və TM fəaliyyət göstərir. 30 KTM və TM-də  kabelləşmə işləri aparılmışdır. Yaşayış məntəqələrinin 8,6%-nin elektrik şəbəkəsində yenidənqurma işləri aparılmışdır.

Yaşayış məntəqələrinin 51,9%-zi və ev təsərrüfatlarının 87,6%-zi qazlaşdırılmışdır. Dövlət Proqramı çərçivəsində dağ kəndlərinin qazlaşması işləri aparılır.

Rayonun su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına həyata keçirilmişdir. Layihə çərçivəsində ümumi tutumu 5 min kubmetr 2 ədəd su anbarının, 223,4 km paylayıcı su şəbəkəsinin inşası, şəhər ərazisində 206,5 km uzunluğunda kanalizasiya şəbəkəsinin yaradılması, 10,6 km kanalizasiya kollektoru tikilib istifadəyə verilmişdir şəhərin su təchizatında dayanıqlığın təmini məqsədilə əlavə olaraq 26 km uzunluğunda magistral su kəməri tikilmişdir.

Rayon ərazisində 365 km yol şəbəkəsi vardır ki, onlardan 37 km-i Respublika əhəmiyyətli, 328 km-i isə yerli əhəmiyyətli yollardır. Yaşayış məntəqələrinin 96,1%-i əhatə edən 8 avtomobil yolu yenidən qurulmuşdur. Yerli yollarda cari təmir işləri aparılmışdır. Rayon ərazisindən keçən Bakı-Qazax avtomagistralının  və  Bakı-Tiblisi dəmir yolu xəttinin  28 km-i Tovuz rayonunun ərazisinə düşür.

Hazırda  Tovuz Telekommunikasiya qovşağı üzrə  EATS-in ümumi tutumu 17078, əhalinin istifadəsində olan nömrələrin sayı 16660 ədədə çatmışdır.  EATS-lərdə ümumi tutumu 12276 port olan  genişzolaqlı  internet xidməti (ADSL) quraşdırılaraq rayon üzrə ADSL istifadəçilərinin sayı 10466 nəfərə çatdırılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.

Gələcəkdə görüləcək infrastruktur layihələri

Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi  nəzərdə tutulur ki, bunlar aşağıdakılardır:

Qəzalı vəziyyətdə olan 9 məktəbin, 18 körpələr evi-uşaq bağçasının tikintisinə, 11 tam orta məktəbin, 15 körpələr evi-uşaq bağçasının əsaslı təmiri. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri  üçün çoxmənzilli yaşayış binalarının, aztəminatlı ailələr üçün sosial evlərin tikintisi.

20 ikimərtəbəli binanın dam örtüyünün dəyişdirilməsi, fasad və giriş hissələrinin və pilləkən qəfəslərinin əsaslı təmiri, məhəllələrinin abadlaşdırılması, Tovuz şəhərinin ərazisində 15 küçədə hasarlara dekorativ üzlüklərin vurulması, 20820 kv.m piyada səkilərin salınması, 358 ədəd işıq dirəyinin quraşdırılması.

Kəndlərarası 74,9 km avtomobil yolunun asfaltlanması, Aşıq Əkbər Cəfərov adına rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir olunması, yaşayış məntəqələrində telefon və internet xidmətində mövcud problemlərin aradan qaldırılması, əhalinin sosial problemlərinin həlli istiqamətində  digər təxirəsalınmaz tədbirlərin  həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər