Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı şair Maarif Həsənoğlunu qəbul edib

13 mart 2021 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Maarif Həsənoğlunu qəbul edib.

Məmməd Məmmədov şair Maarif Həsənoğlunu 65 illik yubleyi münasibətilə təbrik edib, ona  uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.

Qeyd olunub ki, şair M.Həsənoğlu ədəbiyyat aləmində fəaliyyət göstərdiyi bütün zamanlarda Tovuzun şeir-sənət ənənələrini davam etdirərək elinə, obasına və doğma təbiətimizə bağlı vətəndaş şair kimi tanınıb. Onun özünəməxsus üslubu, dəst-xətti ilə seçilən və bədii ədəbiyyatımızın, folklorun zəngin imkanlarından faydalanan yaradıcılığı doğma yurda bağlılığı, vətənpərvər ruhda olması ilə səciyyələnir. Onun təbiətin gözəlliklərini, ictimai həyatımızı, uğurlu inkişafımızı, xalqımızın mübarizlik əzmini, adət-ənənələrimizi və ailə dəyərlərimizi tərənnüm edən şerlərinin toplandığı “Ömür gözləmir”, “Niyə təksən”, “Atama məktub” və digər kitabları maraqla oxunur, bir çox şeirləri ustad aşıqlar və müğənnilər tərəfindən ifa olunur.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Maarif Həsənoğlu əsərlərində Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsini, xilaskarlıq missiyasını, xalqımız qarşısında olan xidmətlərini, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun tarixi Qələbəsini ürəkdən tərənnüm etmişdir.

Şair Maarif Həsənoğlu 65 illik yubleyi münasibətilə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.

M.Həsənoğlu onun yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Keçidlər