Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” qeyd edilib

05 mart 2021 | 16:00

Tədbirdən öncə rayon mərkəzində ucaldılmış Ümummilli lider Heydər  Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzülüb və xatirəsi ehtiramla yad edilib.

Sonra “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə idman ictimaiyyətinin nümayəndələri ilə onlayn görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Görüş iştirakçıları öncə şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsini dövlətin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğısının daha bir bariz nümunəsi olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurlu və ədalətli həllindən danışmışdır. Qeyd olunub ki, son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tovuz rayonunda da bu sahənin inkişafına, beynəlxalq standartlara cavab verən yeni idman qurğuları, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər evi tikilib, Tovuzda futbol akademiyası fəaliyyətə başlayıb.

Tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov rayonda idmanın inkişafı sahəsində 2020-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişdir.

Sonra Vətən Müharibəsi iştirakçısı Fərruf Səfərovun, Turan Tovuz PFK-nun əməkdaşı Rasim Əliyevin çıxışları dinlənilib.

Sonda Müzəffər Azərbaycan Ordusunun sıralarında Vətən Müharibəsində iştirak etmiş idmançıların bir qrupu  rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərman ilə təltif olunmuş və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

 

Keçidlər