Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq qəzeti: Qərb bölgəsində Xocalı qurbanlarının xatirəsi yad edildi

02 mart 2021 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn formatda müşavirə keçirilmişdir.

Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və ictimai fəallar iştirak etmişlər.

Xocalı soyqırımına məruz qalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov demişdir ki, bu il biz Xocalı soyqırımının ildönümünü xüsusi bir tarixi şəraitdə qeyd edirik. Nəhayət 29 ildən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və 2020-ci ilin 8 noyabrı Azərbaycan tarixinə Zəfər tarixi kimi əbədi həkk olundu. Qısa zamanda düşmənin darmadağın edilməsi ilə Xocalı qurbanlarının, həmçinin birinci Qarabağ müharibəsində həyatlarını itirən insanların hamısının qisası alındı.

Tədbirdə rayon icra hakimiyyəti aparatının hüquq şöbəsinin müdiri Svetlana Verdiyeva “Xocalı soyqırımı bəşəri faciədir”, rayon təhsil şöbəsi müdirinin müavini Məhəbbət Hüseynova “Xocalı harayı”, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi rayon filialının sədri Əli Əliyev “Xocalı faciəsindən Böyük Qələbəyə doğru” mövzularında çıxış etmişlər.

https://bit.ly/2NRjTwe

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin

bölgə müxbiri

Keçidlər