Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş "Xocalını xatırlayarkən düşündüklərim" mövzusunda onlayn tədbir keçirilib

25 fevral 2021 | 16:00

Tovuzda müvafiq Tədbirlər Planına uyğun olaraq Xocalı soyqırımının 29-cu ildönümünə  həsr edilmiş "Xocalını xatırlayarkən düşündüklərim" mövzusunda onlayn tədbir keçirilib.

Video formatda keçirilən tədbir rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri Təranə Bayramova, təhsil işçiləri, məktəb direktorları, ictimaiyyətin nümayəndələri və şagirdlər iştirak ediblər.

Öncə Xocalıda soyqırıma məruz qalan soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra məktəblilər Xocalı soyqırımına həsr etdikləri rəsmləri virtual şəkildə nümayiş etdiriblər.

Rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü çıxış edərək Xocalı faciəsinin tarixi, Qarabağa möhtəşəm qayıdış və Zəfər tariximizi, Ali Baş Komandanımız İlham Əliyevin möhkəm siyasi iradəsi sayəsində qazandığımız qələbəni qeyd edib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova "Xocalıya dünyanın baxışı" mövzusu ətrafında çıxış edərək Ermənistan 10 noyabr kapitulyasiya aktını imzalamağa məcbur olduqdan sonra Qarabağda gedən abadlıq-quruculuq işləri, azadlıqdan abadlığa doğru cənab Prezidentimizin apardığı siyasətdən, şəhidlərimizin xatirəsinə hörmət və ehtiram, şəhid ailələrinə və qazilərimizə göstərilən dövlət qayğısından danışıb. 

Sonda məktəblilərimizin Xocalıya həsr etdikləri video kompazisiya dinlənildi.

Keçidlər