Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Vahid Qurbanovun doğum günüdür

28 yanvar 2021 | 01:00

Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin, Qurbanov Vahid Elşad oğlunun doğum günüdür. Vahid Qurbanov Vətən müharibəsində əsgər kimi şərəfli döyüş yolu keçmişdir. Müharibədə göstərdiyi rəşadətə görə o, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhidin doğum günü ilə əlaqədar oxuduğu Eyvaz Bayramov adına Əyyublu kənd tam orta məktəbinin bir qrup müəllim və şagirdləri onun abidəsi önünə getmiş və xatirəsini ehtiramla yad etmişlər.

Tovuz rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Zeynalov doğum günündə şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstləri qoymuşdur.

R.Zeynalov ziyarətdə iştirak edən şəhid valideyinləri ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün onlara təşəkkür etmiş və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.

Şəhid atası Elşad Qurbanov dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə etmişdir.

Keçidlər