Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Vətən Müharibəsi Qəhrəmanı Yaşar Əhmədovu təbrik etmişdir.

31 dekabr 2020 | 00:34

Torpaqlarımızın işğaldan azad olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda  2020-ci il sentyabr ayının 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində tarixi Qələbəmizin əldə olunmasında  yüksək sücaət və qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz arasında tovuzlu hərbi qulluqçular da  yer alır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayış etdirdiyinə görə həmyerlimiz Yaşar Əhmədov Azərbaycan Respublikası Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Xatınlı kəndində Vətən Müharibəsi Qəhrəmanı  Əhmədov Yaşar Mirağa oğlunun ailəsində olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı qəhrəmanı təbrik edərək ona qiymətli hədiyyə təqdim etmişdir.
Vətən Müharibəsi Qəhrəmanı Yaşar Əhmədov müsəlləh əsgər kimi həmişə Ali Baş Komandanın hər bir əmrinə və  Vətənin Müdafiəsinə hazır olduğunu bildirmiş, yüksək ada layiq görüldüyünə görə cənab Prezidentə minnətdarlığını ifadə etmişdir.

 

Keçidlər