Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib

10 may 2015 | 15:00

Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri Heydər Əliyev parkında Ulu Öndərin möhtəşəm abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətindəki xidmətlərindən söz açıblar.
Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan sürətli inkişaf mərhələsini yaşayır.
Sonra parkda rayon mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə bayram konserti olub.

Keçidlər