Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kross qaçışı üzrə yarış keçirilib

08 may 2015 | 15:00

Yarışa bu il ölkənin ali hərbi məktəblərinə qəbul olunmağa hazırlaşan 100-dən artıq məktəbli qatılıb. Heydər Əliyev meydanından start götürən idmançılar “N” saylı hərbi hissəyədək 4 kilometr məsafə qət ediblər.
Yarışda I və II yerlərə Düz Cırdaxan kənd tam orta məktəbinin şagirdləri Seyfəddin Yusifov və Nurlan Məmmədəliyev, III yerə isə Əsrik Cırdaxan kənd tam orta məktəbinin şagirdi Xəyal Şəkərov çıxıb.
Qaliblər rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Keçidlər