Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon sakinləri Azəbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yazırlar

24 noyabr 2020 | 16:00

22 noyabr 2020, 19:10

Məhəmməd və Mərhəmət İbrahimov qardaşlarından, Tovuz, Azərbaycan

Cənab Prezident!

Biz hər dəfə Sizin çıxışlarınızı izləyirik və Sizin kimi Prezidentimiz olduğu üçün çox qürur duyuruq. Siz Şuşanın azad olunmasını elan edəndə 70 yaşlı babamız göz yaşlarını saxlaya bilməyib ağladı. Babama, bizə və bütün Azərbaycan xalqına sevinc bəxş etdiyiniz üçün Sizə və müzəffər Ordumuza təşəkkür edərək alqış deyirik.

Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

İbrahimov Məhəmməd və Mərhəmət qardaşları, şagird.

Azərbaycan Respublikası, Tovuz rayonu, Cəlilli kəndi.

 

x x x

 

22 noyabr 2020, 11:22

Emilya İsayevadan, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Tovuz rayonu Aşağı Mülkülü kənd məktəbinin 9-cu sinif şagirdiyəm. Mən Sizinlə, xalqımla, Ordumuzla qürur duyuram. Təkcə mən deyil, bütün Türk dünyası Sizinlə qürur duyur. Siz həqiqətən qəhrəmansınız. Çünki, Siz 30 illik Qarabağ həsrətinə son qoydunuz və bütün dünyaya Azərbaycan xalqının necə əzmli, yenilməz olduğunu sübut etdiniz. "Qarabağ Azərbaycandır!" - bu bir şüar deyil, gerçəklikdir.

Bizə qələbə qürurunu yaşatdığınız üçün Sizə bütün tovuzlular adından təşəkkür edirəm. Yaşasın müzəffər Ali Baş Komandan!

Hörmətlə,

Emilya İsayeva

Azərbaycan Respublikası, Tovuz rayonu, Aşağı Mülkülü kəndi.

Keçidlər