Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda tütün yığımına yekun vurulub

21 noyabr 2020 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması məqsədi ilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” hazırlanmışdır. Həmin Dövlət Proqramının icrası çərçivəsində Tovuz rayonunda “Tovuz Aqro Sənaye” MMC-də yaradılmış tütün qurutma müəssisəsi bu il öz fəaliyyətinə başlamışdır.

Cari ildə rayon ərazisində 50 hektar sahədə tütün əkilmişdir. Tütünçülər bu il keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edərək sahələrdə bol məhsul yetişdirərək onu vaxtında dərib qurutma məntəqəsinə təhvil vermişlər.

Artıq rayonda tütün dərimi yekunlaşmışdır. Bu il 77,2 ton quru tütün yarpağı tədarük edilmişdir ki, bu da ötən ildən 43,3 faiz çoxdur. Mövsüm ərzində tütün sahələrində 220 nəfərdən çox işçi çalışmışdır.

Keçidlər