Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şagirdlər arasında kross-qaçış üzrə yarış keçirilmişdir

04 mart 2015 | 16:00

Martın 4-də Tovuz Olimpiya İdman kompleksində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüblər.
Sonra bu il ali hərbi məktəblərə və hərbi liseylərə daxil olmağa hazırlaşan rayon məktəblərinin IX və XI sinif şagirdləri arasında 3,7 kilometr məsafədə kross-qaçış üzrə yarışa start verilib. Yarışa rayon İcra hakimiyyətinin başçısı Tofiq Zeynalov da qatılıb.
“N” saylı hərbi hissədə yarış qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Rayon İcra hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsini dövlətin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğısının daha bir bariz nümunəsi olduğunu bildirib. Qeyd olunub ki, son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tovuz rayonunda da bu sahənin inkişafına, idmanın kütləviliyinə diqqət artırılıb, beynəlxalq standartlara cavab verən yeni idman qurğuları, o cümlədən Olimpiya İdman Kompleksi tikilib.
Tofiq Zeynalov, həmçinin bildirib ki, rayon gəncləri arasında idmanla yanaşı, hərbi sahəyə də maraq ilbəil artmaqdadır. Belə ki, son illərdə aparılan düzgün təbliğat nəticəsində 500-dən çox tovuzlu gənc ali hərbi məktəblərə və hərbi liseylərə daxil olub. Bu il isə 100 gənc ali məktəblərə, 100 gənc isə hərbi liseylərə daxil olmağa hazırlaşır.
Qaliblər rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar
Tədbir Tovuz Olimpiya İdman kompleksində davam etdirilib. Rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov çıxış edərək, rayonda idman sahəsində görülən işləri diqqətə çatdırıb.
İdman mütəxəssisləri, idmançılar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər