Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 20 Yanvar faciəsinin 25-ci il dönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

16 yanvar 2015 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin müvafiq Sərəncamına uyğun olaraq 20 Yanvar facisənin 25-ci il dönümü ilə əlaqədar olaraq Tovuz rayonunda tədbirlər planı hazırlanmışdır.

Tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində “20 Yanvar qan yaddaşımız və qürur günümüzdür” mövzusunda dəyirmi masa tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinə həsr olunan fotosərgi ilə tanış olublar.

Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsinin tarixi, xalqımızın həyatında tutduğu yeri barədə danışıblar. 20 Yanvar faciəsinin kədər və hüznlə yanaşı, xalqımız üçün qürurverici tarixi bir gün olduğu vurğulanıb.

Tədbir 20 Yanvar faciəsinin tarixini əks etdirən filmin nümayişi ilə davam etdirilib.

Keçidlər