Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda əsaslı təmir olunan Aşağı Quşçu kənd tam orta məktəbinin açılışı olmuşdur

12 sentyabr 2020 | 09:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təhsilə, yetişməkdə olan gənc nəslə qayğısının bariz nümunəsi olaraq Tovuz rayonunda da müasir yeni məktəb binaları tikilib istifadəyə verilir və əsaslı şəkildə təmir olunur.

Aşağı Quşçu kənd İ.Mürşüdov adına tam orta məktəbin binası 40 il bundan əvvəl tikilmişdi və orada müasir tələblər səviyyəsində tədrisi təşkil etmək mümkün olmurdu. Dövlətin qayğısı ilə həmin məktəbdə kompleks əsaslı təmir işlərinə başlandı.

Yeni tədris ili ərəfəsində əsaslı şəkildə yenidən qurularaq ən müasir avadanlıqlarla, yeni texnologiyalarala təchiz edilmiş məktəb binası istifadəyə tam hazırdır.

Yenidən tikilərək şəhər mərkəzlərindəki müasir məktəblərlə rəqabətə girə biləcək həmin məktəb binası ilə tanış olan Təhsil Nazirliyinin və rayon ictimaiyyətinin nümayəndələri tovuzlulara bəxş edilən belə yüksək hədiyyəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək pedaqoji kollektivə təlim-tədrisdə nailiyyətlər arzulamış, yaradılan belə gözəl şəraiti qoruyub saxlamağı tövsiyə etmişlər.

Pedaqoji kollektivin nümayəndələri əmin etmişlər ki, ölkə rəhbərliyinin bu qayğısına təhsildə əldə etdikləri nailiyyətlərlə cavab verəcəklər.

Keçidlər