Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun 8 min illik tarixi yaşı olan qədim yurd yerləri-arxeoloji tədqiqi davam etdirilir

10 sentyabr 2020 | 16:00

2008-ci ildən etibarən Tovuzda yerləşən e.ə. VI minilliklərə aid olan qədim yaşayış yerləri Azərbaycan, Yaponiya və Fransa arxeoloqları tərəfindən tədqiq olunur. Bunun nəticəsi olaraq, dünya elmi ədəbiyyatında Tovuzun Göytəpə, Hacıələmxanlı, Menteş və Kiçiktəpə adlı qədim yurd yerləri haqqında geniş və ətraflı elmi məqalələr nəşr edilmişdir. Yuxarıda qeyd olunan qədim yurd yerlərinin elmi mahiyyəti Cənubi Qafqazın 8 min il bundan əvvəl ilk kəndlərinin Tovuzda  mövcud olduğunu sübuta yetirmişdir. Bu illər ərzində aparılan arxeoloji tədqiqatlar əcdadlarımızın yaşadığı qədim yurd yerləri haqqında kifayət qədər maraqlı məlumatları üzə çıxarmışdır. İlkin olaraq Hacıələmxanlı qədim yaşayış yerində məskunlaşan neolit dövrünün sakinləri sonradan yaxınlıqda yerləşən Göytəpə adlanan qədim yurd yerini salmışlar. Tədqiqatlara əsasən söyləmək olar ki, Göytəpə erkən kənd tipli yaşayış yeri olaraq zənginliyi ilə seçilir. Belə ki, Göytəpə dövrün ən inkşaf etmiş mərhələsini özündə əks etdirən qədim yaşayış yeridir. Burada əcdadlarımızın həyat tərzi, təsərrüfat həyatı və memarlığ mədəniyyəti aydın şəkildə izləmək mümkündür.   

Ümumiyyətlə isə erkən əkinçi maldar tayfaların Örta Kür hövzəsində məskunlaşma probleminin tədqiqi zamanı dövrün ekoloji vəziyyətinin öyrənilməsi, landşaft dəyişikliklərinin əhalinin həyat tərzinə olan təsiri, yaşayış yerləşməsinin uyğun seçilməsi, qida məhsullarının istehsalı, qədim mədəniyyətlərin qısa müddətli və ya uzun müddətli olması, mövcud təbiət resurslarından istifadə, böyük miqyaslı daşqınların izləri və bununlada qədim cəmiyyətlərin sosial həyatının başlıca xüsusiyyətləri ilə bağlı məsələlərə dair olan suallara cavab tapmaq mümkün olmuşdur.

Bu ilin əvvəlindən etibarən Koronovirus (COVİD-19) pandemiyası ilə bağlı ölkədə yaranmış xüsusi karantin şəraiti Tovuzda arxeoloji tədqiqatların aparılması işinə öz mənfi təsirini göstərmişdir. Ekspedisiyanın işində xarici mütəxəssislərin iştirakı cari ildə mümkün olmamışdır. Lakin bununla belə avqust ayının ortalarında Göytəpə qədim yaşayış yerində arxeoloji qazıntı işləri bərpa edilmişdir. Ekspedisiyanın bu il qazıntı mövsümündə əsas məqsədi abidənin növbəti gələn illərdə geniş miqyaslı arxeoloji tədqiqatlarına hazırlıqdan ibarət olmuşdur. Beləki, qədim yurd yerinin bu günədək yuxarı təbəqəsi yaxşı öyrənilmişdir. Abidənin aşağı mədəni qat yatımı geniş şəkildə və əsaslı öyrənilməsi gələcək illərin tədqiqatlar planına daxil olacaqdır.

Keçidlər