Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərinin küçələri abadlaşdırılır

29 avqust 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı, dəstəyi sayəsində respublikamızın bütün bölgələri ilə yanaşı, Tovuz rayonu da günü-gündən inkişaf edir. Tovuz şəhərində də genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir.
Abadlıq işlərinin görülməsi və yolların əsaslı təmir olunması proqramına uyğun olaraq Tovuz şəhərinin bir çox küçələrinə asfalt örtük salınaraq abadlıq işləri görülür.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Tovuz şəhərinin yeni asfalt örtüyü salınmış küçələrində olaraq sakinlərlə görüşmüşdür. Bildirilmişdir ki, Tovuz şəhərinin əvvəllər asfalt örtüyü olmayan küçələrinə yeni asfalt örtük qoyulacaqdır. Rayonun yerli icra orqanları öz fəaliyyətlərində vətəndaşların rahatlığının təmin olunmasına, onların qayğı və problemlərinin həllinə başlıca diqqət yetirirlər. Sakinlər görülən işlərdən məmnun qaldıqlarını ifadə etmişlər.
Cəbhə bölgəsində yaşayan tovuzlulara göstərilən daimi dövlət qayğısı sayəsində rayonda abadlıq və quruculuq işləri davam etdirilir.

Keçidlər