Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilir

18 avqust 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Tovuz Rayon  İcra Hakimiyyəti yanında fəaliyyət göstərən mobil qruplar  tərəfindən rayon ərazisində növbəti dəfə reydlər keçirilmişdir.

Reydlərdə rayon sakinlərinə, rayon ərazisində fəaliyyət göstərən sahibkarlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha çatdırılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyə olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.

Reydlər zamanı vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndiriblər.

Keçidlər