Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzlu hərbi qulluqçu şəhidlik zirvəsinə yüksəldi

13 iyul 2020 | 16:00

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu  şəhid olub.

Tovuz rayonunun Ağdam kənd sakini, baş əsgər Məmmədov Elşad Dönməz oğlu bu gün yaşadığı doğma kəndində torpağa tapşırılıb.

Şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyirik. Allah rəhmət eləsin!

Keçidlər