Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda taxıl biçini davam edir

30 iyun 2020 | 16:00

Tovuz rayonunda taxıl biçini kampaniyası uğurla davam edir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Fermerlər artıq 2872 hektar sahədə biçin aparıblar.

Biçin aparılan zəmilərin 1114 hektarı arpa, 1758 hektarı isə buğda sahələridir. Arpa sahələrində məhsuldarlıq 36,5 sentner, buğda sahələrində isə 47,2 sentner təşkil edir.

Rayonda taxıl biçini kampanyasına 22 ədəd kombayın cəlb olunmuşdur. 2020-ci ilin məhsulu üçün tovuzlu fermerlər 17 min 281 hektar sahədə taxıl əkiblər. Taxıl əkilən sahələrin 12753 hektarı buğda, 4528 hektarı isə arpadır.

Hazırda taxıl biçini sürətlə davam etdirlir. Taxıl zəmilərində və biçin aparılmış kövşənliklərdə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi üçün lazımi tədbirlər görülür.

Keçidlər