Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun ümumtəhsil məktəblərində imtahanlar keçiriləcəkdir

16 iyun 2020 | 16:00

18 iyun 2020-ci il tarixdə Tovuz rayon ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı və Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili imtahanı keçiriləcəkdir.

İmtahanlar Tovuz şəhərində N. Tusi adına Təbiət və texniki təmayüllü məktəb-liseyin və A.S.Puşkin adına,  M. Ələkbərov adına, E. Məmmədov adına tam orta məktəblərin, Qovlar şəhər S.Kazımov adına tam orta məktəbin, Düz Qırıqlı kənd 1 №-li tam orta məktəbin və Azaflı kənd tam orta məktəbin binalarında keçiriləcəkdir.

Mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanlarda  ümumilikdə 1531 nəfər şagird iştirak edəcəkdir. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq imtahan keçiriləcək bütün təhsil müəssisələrində əvvəlcədən lazımi dezinfeksiya işləri aparılmış, bütün sanitar tədbirləri həyata keçirilmişdir.

Əlavə olaraq imtahan iştirakçılaırna müraciət edəərk bildiririk ki, imtahan zamanı sosial məsafə gözlənilməli və tibbi maskalardan istifadə tələblərinə əməl olunmalıdır.

Keçidlər