Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda xüsusi karantin rejimi dövründə pandemiya ilə ciddi mübarizə aparılır

12 iyun 2020 | 16:00

Bütün dünyanın bəlasına çevrilən COVID-19 virusuna qarşı mübarizə sahəsində Respublikada olduğu kimi Tovuzda da səmərəli iş aparılır. Cənab Prezident İlham Əliyevin, hörmətli Birinici-vitse prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqının sağlamlığının qorunması istiqamətində apardıqları məqsədyönlü və ardıcıl tədbirlərin davamı olaraq rayonda epidemiyaya qarşı dezinfeksiya və tibbi profilaktika işləri davam etdirilir.

Tovuz şəhəri və rayonun digər yaşayış məntəqələrində əhalinin gediş-gəlişinin intensiv olduğu ərazilərdə, park və digər ictimai yerlərdə növbəti dezinfeksiya tədbirləri həyata keçirilmişdir. Eyni zamanda əhali arasında sosial məsafənin gözlənilməsi, tibbi maskalardan istifadə edilməsi, şəxsi gigiyena qaydalarına əməl edilməsi barədə gündəlik maarifləndirmə və təbliğat işləri davam etdirilir.

 

Keçidlər