Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda taxıl biçininə başlandı

11 iyun 2020 | 03:10

İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən Tovuzda taxılçılığın inkişafına da başlıca diqqət yetirilir. 2020-ci ilin məhsulu üçün 17381 hektar taxıl əkilmişdir ki, bundan da 12753 hektarı buğda, 4528 hektarı arpadır.

Rayonda arpa biçininə başlanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov arpa zəmisində olaraq biçinin gedişi ilə maraqlanmışdır. Zəmilərin vəziyyəti, biçilmiş ilk hektardan əldə olunan nəticə göstərir ki, rayonun taxılçıları bol məhsul yetişdirmişlər. Yetişdirilmiş məhsulun tez və itkisiz toplanması, yanğın təhlükəsizliyinə ciddi əməl edilməsi barədə müvafiq qurumlara tövsiyə və tapşırıqlar verilmişdir.

 

 

Keçidlər