Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda barama tədarükünə başlanılıb

06 iyun 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi Tovuz rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın inkişafına  təkan verib.

Tovuz rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə Bozalqanlı, Yanıqlı, Hunanlar, Aşağı Öysüzlü, Düz Cırdaxan və digər kəndlərin kümçüləri birincilər sırasında “Azəripək” MMC-nin rayondakı qəbul məntəqəsinə 747 kiloqram yüksək keyfiyyətli yaş barama təhvil veriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov yaş baramanın təhvil verilməsində iştirak etmiş, kümçülərlə görüşmüş, onları dinləmiş, fikirlərini bölüşmüş, qeyri-neft sektorunun strateji istiqaməti kimi baramaçılığın inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat vermişdir.

Kümçülər cənab Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini, qısa müddət ərzində zəhmətlərinin bəhrəsini gördüklərini bildirmiş, ipəkçiliyin gəlirli sahə kimi bundan sonra da inkişaf etdiriləcəyinə əminliklərini ifadə etmişlər.

Keçidlər