Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Heydər Əliyev Fondu tərəfindən həssas təbəqəyə aid ailələrə yardım göstərilmişdir

27 may 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə Heydər Əliyev Fondunun ölkədə uğurla həyata keçirdiyi sosial layihə davam edir. Fond tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə, tənha şəxslərə, şəhid ailələrinə və yaşlı insanlara yardım göstərilir, onların sağlamlığının və müalicəsinin qeydinə qalınır.

Heydər Əliyev Fondu növbəti dəfə Tovuz rayonuna şəhid ailələri üçün 350 ədəd, əlavə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailə üçün 150 ədəd olmaqla cəmisi 500 ədəd ərzaq bağlamaları göndərmişdir. Həmin ərzaq yardımı öz ünvanlarına çatdırılmışdır.

Sovqatları qəbul edən ailələr bu nəcib təşəbbüsə görə hörmətli Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz xoş arzularını və səmimi minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər