Şriftin ölçüsü :

Saytın rəngi :

RAMAZAN BAYRAMINIZ MÜBARƏK!

24 may 2020 | 16:00

Əziz Tovuzlular!

Bu gün ölkəmizdə Ramazan bayramı qeyd olunur. On bir ayın sultanı mübarək Ramazan bayramı münasibətilə Sizi təbrik edirik.

Hər il böyük təntənə ilə qeyd etdiyimiz Ramazan bayramında xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edirik. Mübarək Ramazan günlərində xeyirxah niyyətlərimizlə həmrəy olduğumuzu bildirir, bütün dua və diləklərinizin Tanrı dərgahında qəbul olunmasını arzu edirik.

Bu əziz gündə Uca Tanrıdan cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizə əmin-amanlıq, sosial rifah, xalqımıza sağlamlıq və xoşbəxtlik arzulayırıq. Allah orucunuzu və duallarınızı qəbul etsin.

BAYRAMINIZ MÜBARƏK OLSUN!

Keçidlər