Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: işsizlik problemi ilə üzləşmədik

22 may 2020 | 16:00

Dünyanı cənginə alan koronavirus (COVID-19) dövründə gənclərin nümayəndəsi kimi informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edərək baxıb görürdüm ki, əksər ölkələrdə iqtisadiyyat çöküb, işsizlik baş alıb gedib və insanlar səfalət içərisindədir. Bunların fonunda öz ölkəmizi müqayisə edirdim. Bizdə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqqının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəldilib.

Biz də öz ailəmizin timsalında cənab Prezidentin qayğısını öz üzərimizdə hiss etdik. Mən əvvəllər iş yerim bağlandığı üçün özümə yeni iş tapa bilmirdim. Ölkə rəhbərimizin təşəbbüsü ilə yaradılmış “DOST” mərkəzləri əhalinin məşğulluq imkanlarının artırılmasında böyük rol oynadı. Mən özüm artıq iki aydır ki, dövlətin bizə yaratdığı imkandan istifadə edərək həmin mərkəzdə sosial işçi kimi çalışır, ailəmə qazanc apara bilirəm. Biz gənclər yaxşı bilirik ki, dövlət həmişə öz vətəndaşının yanındadır və cənab Prezidentin qayğısı ilə nəinki pandemiya dövründə, eyni zamdanda postpandemiyada da iqtisadiyyatımıza dəyən mənfi təsirlər aradan qaldırılacaq, həm də Azərbacayn vətəndaşlarını qorumaq üçün bütün tədbirlər həyata keçiriləcəkdir. 

Röyal Əsədov, Tovuz şəhər sakini.

Keçidlər