Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun Düz Qırıqlı kənd 1 nömrəli məktəbində onlayn dərslər keçirilir

28 aprel 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda gənc nəslə hərtərəfli qayğı göstərərək təhsilin inkişafı üçün kompleks tədbirlər həyata keçirirlər. Tovuzda da bu dövlət qayğısına layiqincə cavab vermək üçün bir sıra işlər görülür. 

Tovuz rayonunda xüsusi karantin rejimi müddətində şagirdlərin təhsildən geri qalmamaları üçün müəllimlər tərəfindən “Evdə qal, təhsildən geri qalma” devizi altında onlayn dərslər keçirilir.

Düz Qırıqlı kənd 1 nömrəli tam orta məktəbin müəllimləri də rayonun digər məktəb müəllimləri kimi onlayn dərslər keçirilməsini davam etdirirlər. Dərslər proqrama uyğun onlayn şəraitdə uğurla yerinə yetirilir.

Keçidlər