Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun dağ kəndlərinə qar yağmışdır

24 aprel 2020 | 16:00

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində Tovuz rayonunun dağ kəndləri olan Qəribli, Sarıtala, Ağacqala, Çatax, Çeşməli, Həsənli, Göyəbaxan, Böyük Qışlaq, Qaradaş, Qaralar kənd inzibati ərazi dairələrinin ərazilərinə qar yağmışdır.

Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyası operativ olaraq ərazilərin elektrik enerjisi, rabitə, təbii qaz təchizatı, yol infrastrukturu və digər zəruri məsələləri nəzarətə götürmüş və yağıntının törədə biləcəyi fəsadların aradan qaldırılması sahəsində tədbirlərin həyata keçirilməsinə başlanmışdır. İşlərin gedişi nəzarətdə saxlanılır.

 

 

Keçidlər