Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda xüsusi karantin rejimi şəraiti yaz-tarla işlərinə mane olmur

20 aprel 2020 | 16:00

Pandemiyanın qarşısının alınması və onun ölkə iqtisadiyyatına mənfi təsirinin minumuma endirilməsi sahəsində həyata keçirilən dövlət tədbirləri əhali tərəfindən yüksək qiymətləndirilir. Tovuzlular, eyni zamanda kənddə yaşayıb dolanışığı torpaqla bağlı olan fermerlər sahibkarlara, biznesə və məhsul istehsalçılarına qayğı çərçivəsində həyata keçirilən proqramlarla edilən yardımlara və maliyyə dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən Tovuz rayonunda mövsümi kənd təsərrüfatı işlərinin görülməsi, yaz-tarla işlərinin aqrotexniki normalara uyğun həyata keçirilməsi davam etdirilir.

Tovuzlu fermerlər ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına riayət etməklə, olduqları kəndlərin daxilində sərbəst olaraq yaz-tarla işləri ilə məşğul olurlar. Koronavirusla mübarizə məqsədilə rayon ərazisində görülən məqsədyönlü və ardıcıl tədbirlər fermerlərdə əminlik yaradır ki, karantin rejiminin tələbləri onların salamatlığına xidmət edir və eyni zamanda məhsul istehsalçılarına normal işləyib fəaliyyət göstərmələri üçün maneşilik törətmir. Bütün bunların nəticəsi olaraq Tovuzda yaz-tarla işləri mütəşəkkil qaydada və yüksək səviyyədə aparılır.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov rayonun ayrı-ayrı kəndlərində taxıl, kartof, bostan sahələrində və üzümçülük bağlarında olmuş, torpaq mülkiyyətçiləri ilə görüşmüş, cari işlərin gedişi ilə maraqlanmış, kənd təsərrüfatı istehsalçılarının qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və işin təşkili üçün lazımi köməkdarlıq barədə aidiyyatı qurumlara tapşırıqlar vermişdir. Təsərrüfat işləri ilə tanışlıq zamanı RİH başçısı suvarmanın mütərəqqi üsullarla təşkili, su itkisinin qarşısının alınması barədə tövsiyələrini vermiş, fermerlərlə geniş fikir mübadiləsi aparmışdır.

Fermerlər onlara göstərilən dövlət qayğısından razılıqlarını bildirmiş, bu mövsümdə sahələrdən bol məhsul götürəcəklərinə əminliklərini ifadə etmişlər.

 

 

 

Keçidlər